CƏMİYYƏT


Yeni Ələt dəmir yolu stansiyasında parklanmış vaqonlardan oğurluq edən şəxslər saxlanılıblar

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yeni Ələt dəmir yolu stansiyasında parklanmış vaqonlardan oğurluq edilib. Naməlun şəxslər vaqonların alt hissəsində quraşdırılan hava ötürücü və elektrik xətlərinin keçdiyi boruları kəsərək oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat zamanı qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ələt qəsəbəsi sakinləri Asim Süleymanov və onun qohumu İlqar Hüseynov saxlanılıblar.