CƏMİYYƏT


Şəhid Şirxan Quliyevin xatirəsi anılıb

Vətən müharibəsində düşmənə qarşı son damla qanına qədər vuruşaraq şəhid olan Şirxan Quliyevin 26-cı ad günü Beyləqan rayonu ərazisində yerləşən Xocavənd məcburi köçkünlər qəsəbəsindəki qəbiristanlıqda məzarı yanında qeyd edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şirxan Quliyevin cənnətdəki ilk doğum günündə ailəsi ilə bərabər, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, ziyalılar iştirak ediblər. Şirxan Quliyevin və Xocavənddən şəhid olan digər qəhrəmanların məzarları ziyarət edilib, xatirələri dərin ehtiramla yad olunub.