MƏDƏNİYYƏT


Dekorativ tətbiqi sənət ustası: Bu sənət duyğuların, düşüncələrin sənətidir

Dekorativ tətbiqi sənət özündə bədii sənətin müxtəlif növlərini birləşdirir. Bunlar arasında xalq sənət növlərindən bədii tikmə, bədii şüşə, xarici sənət növlərindən isə dekupaj, kvillinq, ebru kimi sənətlər var.AZƏRTAC-ın bölgə müxbiri Gəncədə fəaliyyət göstərən dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın emalatxanasına baş çəkib, onun əl işləri ilə yaxından tanış olub.