CƏMİYYƏT


Qazi Elşən Mustafayev: Prezident İlham Əliyevə “YAŞAT” Fondunun yaradılmasına görə dərin minnətdarlığımı bildirirəm

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə dönən qazi Elşən Mustafayev təəssüratlarını bölüşüb.AZƏRTAC xəbər verir ki, qazı deyib: “Silahdaşlarımla əvvəlcə Cəbrayıl rayonu uğrunda döyüşlərə başladıq, sonra isə Füzuli istiqamətində savaşlar getdi və bir neçə kəndi azad etdik. Qarğabazar kəndinin yaxınlığında minomyot partlayışı nəticəsində qəlpə yarası aldım. Partlayışdan sonra ayağa qalxanda əlimin yerə dəydiyini hiss etdim. Bir əlimlə o biri əlimi götürüb tibbi maşınla hospitala gəldim. Hospitala çatanadək qanitirmə nəticəsində halım çox pis olsa da, özümü idarə edə bilirdim. Həkimdən ilk soruşduğum sual qolumun yerinə tikilməsinin mümkün olub-olmaması idi. Həkim dedi ki, bu çox çətin məsələdir, amputasiya olunmalıdır. Buna razılaşmışdım. Lakin həkimlərin ciddi cəhdləri nəticəsində hələ ki, qolum amputasiya olunmayıb. Ümid edirəm ki, bundan sonra da olmaz.