Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Arşın mal alan” yenidən Çin səhnəsində

08.09.2021 [15:06]

Xəbərin mətni

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulacaq. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, 18 sentyabr - Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunan konsert Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi və Tiencin şəhər bələdiyyəsi dəstəyi ilə hazırlanır.