CƏMİYYƏT


Göyçayda qonşusunun evindən 20 min manat oğurlayan şəxs saxlanılıb

Göyçay rayonunun Potu kəndindəki evlərin birindən 20 min manat məbləğin naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri əməliyyat-istintaq tədbirləri aparılıb. Keçirilən tədbirlər nəticəsində cinayət əməlini törədən şəxsin zərərçəkmişin qonşusu, Potu kənd sakini Şəmil Əmrahov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.