SİYASƏT


Kaxa Kuçava: Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəlib

Avstriyaya işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 8-də Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, həmkarını səmimi salamlayan S.Qafarova qonşu və dost ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin çoxəsirlik tarixə malik olduğunu bildirib. O deyib ki, xalqlarımız əsrlər boyu bir-birinə dəstək olub. Müstəqillik dövründə isə əlaqələrimiz daha da inkişaf edib və bu gün bir çox sahələri əhatə edir.