SİYASƏT


Milli Məclisin sədri: Ermənistan yalan iddialarını təkrarlamaqdan əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalıdır

Sentyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Parlament Sədrlərinin V Ümumdünya Konfransında ümumi müzakirələrdə çıxış edib.AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərinin birləşdirilməsinin beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox asılı olduğunu bildirib.