Vətən müharibəsi qazisi: “YAŞAT” Fonduna edilən ianələr hesabına həm müalicəmiz aparılır, həm də digər ehtiyaclarımız ödənilir
10.09.2021 [12:33]
Xəbərin mətni
“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə geri dönən qazi Qorxmaz Adburəşidov öz təəssüratlarını bölüşüb.AZƏRTAC xəbər verir ki, qazımız deyib: “Vətən sevgisi o qədər güclü bir hissdir ki, döyüşə qatılanlar geriyə sağ-salamat qayıdıb-qayıtmayacağını düşünmürdülər. Bundan əmin də deyildik.Suqovuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı yanımıza düşən tank əleyhinə idarəolunan raketin vurulması ilə yaralandım.