MƏDƏNİYYƏT


Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində növbəti təqdimat

Mədəniyyət Nazirliyi “İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində Gəncə Şah Abbas məscidi ilə bağlı materialı təqdim edib.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, materialda məscid haqqında geniş məlumat əksini tapıb.XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606-cı ildə yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən inşa edilib. Xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir.