CƏMİYYƏT


Azərbaycanda daha bir helikopterin əsaslı təmiri başa çatıb

"Helicopter Service Center" MMC-dən verilən məlumata görə, Rusiya mütəxəssisləri ilə birgə "Mi" tipli helikopterin növbəti səyyar əsaslı təmiri uğurla başa çatıb.
Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə belə irimiqyaslı layihənin həyata keçirilməsi "ASG Holding"in prezidenti Teymur Məmmədovun və Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirovun iştirakı ilə Zabrat hava limanında keçirilən tədbirdə qeyd edilib. Tərəflər müvafiq "təhvil-təslim" aktını imzaladılar və onlara helikopterin simvolik açarı təqdim olunub.Qeyd olunan Servis mərkəzi "ASG Helicopter Services"in törəmə şirkətidir və Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri ilə məşğuldur.