CƏMİYYƏT


QMİ sədri G20 Dinlərarası Forum çərçivəsində ABŞ-ın nüfuzlu xristian dini təşkilatının nümayəndələri ilə görüşüb

İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Yuta ştatında yerləşən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) 12 Həvarinin Kvorumunun üzvü Ronald Raşband və onu müşayiət edən nümayətdə heyəti ilə görüşüb.AZƏRTAC xəbər verir ki, tərəflər arasında əlaqələrin inkişafının müzakirə olunduğu görüşdə QMİ sədri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının önəmini vurğulayaraq, bu istiqamətdə Mormon kilsəsini dəstək verməyə çağırıb.