Orta Asiya respublikalarından olan media nümayəndələri Xaçmaz və Quba rayonlarına səfər ediblər
13.09.2021 [12:50]
Xəbərin mətni
Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan ictimai fəallar və media nümayəndələri Xaçmaz və Quba rayonlarının görməli yerlərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, Xaçmaz rayonu geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Buranı parklar və muzeylər şəhəri adlandırırlar. Bununla yanaşı, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.