Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirilib

13.09.2021 [14:44]

Xəbərin mətni

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (ÖADC) ilə birgə Özbəkistanın müstəqilliyinin 30 ili ilə bağlı tədbir keçirib.AZƏRTAC xəbər verir ki, mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər iştirak ediblər.Mərkəzin foyesində Özbəkistanın müstəqilliyinə həsr olunan kitab, foto, rəsm sərgisi təqdim edilib.