“Azərbaycan” pavilyonunda “Moskva-Bakı: qəlblər birləşdirir” adlı bayram tədbiri keçirilib
13.09.2021 [15:04]
Xəbərin mətni
Moskva Günü ilə əlaqədar Rusiyada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda “Moskva-Bakı: qəlblər birləşdirir” adlı bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan” pavilyonunda sərgi-yarmarkanın ziyarətçilərinə Azərbaycan məhsulları təqdim edilib. Qonaqlar əfsanəvi Azərbaycan çayının dadına baxmaq, həmçinin milli üslubda şəkil çəkdirmək imkanı əldə ediblər.