CƏMİYYƏT


Qazi: “YAŞAT” Fonduna ianə edənlər şəhid ailələrinin, qazilərin ehtiyaclarının ödənilməsində yaxından iştirak edirlər

“YAŞAT” Fondu tərəfindən müalicə almaq üçün Türkiyəyə göndərilən və sağalaraq Vətənə geri dönən qazimiz, baş leytenant Havil Seyfullayev təəssüratlarını bölüşüb.AZƏRTAC xəbər verir ki, baş leytenant deyib: “Ötən il ölkə başçısının elan etdiyi qismən səfərbərlik zamanı ehtiyatda olsam da döyüşə çağırılanlar sırasında idim. Bu məqamı çoxdan gözləyirdim. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsində ehtiyatdan döyüşə çağırılan 23 zabit bir yerə toplandıq və son nəfəsimizə kimi döyüşməyi qarşımıza məqsəd qoyduq. Mən artilleriya qoşunlarında idim. Düşmənlə aramızda müəyyən qədər məsafə olurdu. Elə anlar olurdu ki, silahımızı götürüb düşmənlə üzbəüz döyüşmək, onları torpaqlarımızdan daha tez qovub çıxarmaq istəyirdik. Çox şükür ki, buna 44 gün ərzində nail olduq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır