Qafqaz Müsəlmanları İdarəsinin sədri Bolonyada Konstantinopol Patriarxı I Varfolomeylə görüşüb
15.09.2021 [14:03]
Xəbərin mətni
Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Konstantinopol Patriarxı I Varfolomeylə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə şeyxülislam forumun dünyanı narahat edən aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. QMİ sədri Konstantinopol Patriarxı I Varfolomeyin bu vacib foruma təşrif buyurmasının əhəmiyyətini qeyd edib.