CƏMİYYƏT


Şuşada Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü qeyd edilib

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü Şuşada qeyd olunub.Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində hərbi yürüş keçirilib.Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlarından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.