Allahşükür Paşazadə: Azərbaycanda bütün dini konfessiyalara öz dini ayinlərini yerinə yetirmələri üçün bərabər şərait yaradılıb
15.09.2021 [19:40]
Xəbərin mətni
Xəbər verdiyimiz kimi, sentyabrın 12-14-də İtaliyanın Bolonya şəhərində “G20 VIII Dinlərarası Forum” keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə forumun “Avrasiyada dini amillər: çağırışlar və imkanlar” adlı sessiyasında çıxış edib.AZƏRTAC xəbər verir ki, şeyxülislam, ilk növbədə, İtaliyanın G20-yə sədrliyi çərçivəsində VIII Dinlərarası Foruma dəvət olunduğuna və göstərilən qonaqpərvərliyə görə Azərbaycanın dini konfessiyalarını təmsil edən nümayəndə heyəti adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.