Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abşeron rayonunda quldurluq və soyğunçuluq edən şəxslər saxlanılıblar

16.09.2021 [16:48]

Xəbərin mətni

Abşeron rayonu Xırdalan şəhərindən vətəndaş Samir Quıiyevə qarşı soyğunçuluq edilib. Naməlum şəxslər zərərçəkəni tamah niyyəti ilə yumruq və təpiklə vuraraq ona zor tətbiq edib “Mersedes” markalı avtomobilini və 1 ədəd mobil telefonunu əlindən alıblar. Hadisə barədə həmin şəxs Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Babaş Məmmədov və tanışı Turan Bəhərzallı tutularaq istintaqa təqdim olunublər. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI