CƏMİYYƏT


Abşeron rayonunda karantin qaydalarını pozan kafe aşkarlanıb

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Xırdalan şəhərində yerləşən “Read Houses” adlı kafenin saat 01:30 radələrində müştərilərə xidmət göstərdiyini müəyyən ediliblər. Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi Əliağa Məmmədov və 11 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət ediliblər.