Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlərin əziz xatirəsi anılıb

17.09.2021 [12:34]

Xəbərin mətni

Sentyabrın 16-da Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn iki qardaş - Bəhrəm və İman Məmmədzadələrin xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları, Qarabağ əlilləri, hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.