Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın döyüşləri idarə etdiyi qərargahdan REPORTAJ

19.09.2021 [16:59]

Xəbərin mətni

1918-ci ildə daşnak-bolşevik birləşmələrinə qarşı Azərbaycana yardıma gələn Qafqaz İslam Ordusunun qərargahlarından biri də Ağsu rayonunun Padar və Külüllü kəndləri arasındakı, hər iki tərəfdən Girdiman çayı ilə əhatələnən Bilal Əfəndi məscidində yerləşib. Qərargah rəisi Rüştü Türkcan şirin suyu olan Girdiman çayının içində ada kimi görünən Bilal Əfəndi məscidini qərargah kimi seçmişdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI