Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Üç qardaş - 2021” beynəlxalq təliminin təntənəli bağlanış mərasimi keçirilib

21.09.2021 [09:50]

Xəbərin mətni

Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.Birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.