Türkiyə və Azərbaycan Hərbi Hava qüvvələrinə aid təyyarələrin Bosfor boğazı üzərindən uçuşunun görüntüləri yayımlanıb
22.09.2021 [18:17]
Xəbərin mətni
Türkiyə və Azərbaycan Hərbi Hava qüvvələrinə aid qırıcı təyyarələrin Bosfor boğazı üzərindən birgə uçuşunun videogörüntüləri qardaş ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “MİQ-29” qırıcı təyyarələrinin cəlb edildiyi bu nümayiş sentyabrın 21-də İstanbulda açılan “Teknofest” sərgisindən əvvəl təşkil olunan salamlama uçuşu çərçivəsində baş tutub.