CƏMİYYƏT


Narkotik satışı ilə məşğul olan daha 13 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək sosial şəbəkələrdə onlayn yolla satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Aqil Həbibov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 75 qram tiryək, narkotik vasitələrin satışından əldə olunmuş pul vəsaitlərinin yükləndiyi plastik kart aşkar edilib.