CƏMİYYƏT


FHN: Balakəndə yağışın yaratdığı fəsadların aradan qaldırılması işləri davam etdirilir

Sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması səbəbindən baş vermiş qısamüddətli sel və daşqın səbəbindən Balakən və Zaqatala rayonlarında yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.