MƏDƏNİYYƏT


“Leyla və Məcnun” əsərindən bir hissə alman dilində videoklip formasında təqdim olunub

Almaniyada daha bir layihə reallaşıb.
AZƏRTAC xəbər verir ki, görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar olaraq "Leyla və Məcnun" əsərindən bir hissə alman dilinə tərcümə edilib və videoklip halına salınıb. Bu Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin və həmin ölkədə yaşayan fəal diaspor üzvü, nizamişünas və tərcüməçi Sevil Fuchsin birgə layihəsi əsasında reallaşıb.
Video-layihədə alman dilində səsləndirmə isveçrəli nizamişünas Rudolf Gelpke tərəfindən həyata keçirilib.