CƏMİYYƏT


Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb

Ölkə vətəndaşlarının koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər davam etdirilir.AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində şəhərin bütün rayonlarında ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maarifləndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara, ilk növbədə, virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.