CƏMİYYƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi İstanbulda anılıb

Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və şəhidlərin Anım Günü ilə əlaqədar sentyabrın 26-da İstanbulda anım mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən mərasim çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb.