CƏMİYYƏT


Qubada yaşayan dağ yəhudiləri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

Qubada yaşayan dağ yəhudiləri torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan Vətən oğullarının xatirəsini ehtiramla anıblar.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar Qırmızı qəsəbədəki “Giləki” sinaqoqunda anım tədbiri keçirilib.Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının nümayəndələri şəhidlərimizin ruhuna dualar oxuyaraq, işğala son qoymaq üçün canından keçən həmvətənlərimizin xatirələrinə ehtiramlarını bildiriblər.