Kiyevdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə guşə yaradılıb
27.09.2021 [14:57]
Xəbərin mətni
Azərbaycanın Ukraynadakı səfirliyinin binası qarşısında 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş guşə yaradılıb.AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də guşənin qarşısında anım tədbiri keçirilib. Anım mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, səfirliyin kollektivi, diaspor rəhbərləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, GUAM Katibliyinin nümayəndələri, xarici diplomatik korpusun hərbi attaşeləri, soydaşlarımız, şəhər sakinləri iştirak ediblər.