Qələbədə pay sahibi olan hər bir xaçmazlı şəhidin adına ağac əkilib
27.09.2021 [16:32]
Xəbərin mətni
27 sentyabr - Anım Günü ilə əlaqədar Xaçmaz şəhərində inşa olunan Zəfər parkında Vətən müharibəsindəki qələbəmizdə pay sahibi olan hər şəhidin adına bir ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və Qarabağ qazilərinin iştirakı ilə keçirilən aksiyada Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlardan danışılıb.