CƏMİYYƏT


Şuşada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad olunub

Erməni işğalından azad edilən Şuşada canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin bütün ərazisində, o cümlədən Şuşada sentyabrın 27-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilib. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Bayraq meydanına Dövlət Himnimizin sədaları altında üçrəngli bayrağımız qaldırılıb, havaya yaylım atəşə açılıb. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş ediblər.