CƏMİYYƏT


Gəncədə Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində də 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-mayor Ənvər Əfəndiyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolas İaşvili, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.