CƏMİYYƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi cəzaçəkmə müəssisələrində yad edilib

Vətən müharibəsində canından keçən Vətən övladlarının xatirəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrində də anılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi saat 12:00-da cəzaçəkmə müəssisələrində də bir dəqiqəlik sükutla yad edilib. Cəzaçəkmə müəssisələrindəki məscidlərdə şəhidlərimizin ruhuna dualar oxunub, namaz qılınıb və ehsan verilib.