CƏMİYYƏT


Anım Günü Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində də silsilə tədbirlərlə qeyd edilib

Anım Günü Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində də silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, idarə, müəssisə və hüquq mühafizə orqanlarının əməkdaşları, hərbiçilər, veteranlar Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsindəki Şəhidlər abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra Qəhrəmanlar Parkına yürüş keçirilib. Həmçinin Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda edən qəhrəmanların məzarları ziyarət olunub.