CƏMİYYƏT


İsmayıllıda evdən qızıl və pul oğurlayan qadın saxlanılıb

İsmayıllı rayon Polis Şöbəsinə rayonun Qurbanəfəndi kəndində yerləşən evlərin birindən 2000 manat pul və 2240 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, dilənçiliklə məşğul olan Sahibə Mahmudova saxlanılıb.