Biləsuvarda pambıq tarlalarından məhsul yığılır
28.09.2021 [14:26]
Xəbərin mətni
Biləsuvarda bir neçə gündür ki, pambıq yığımına başlanılıb. Bu il də rayon zəhmətkeşləri 9 min hektara yaxın “ağ qızıl” tarlalarında bol-bərəkətli məhsul yetişdiriblər.AZƏRTAC xəbər verir ki, rayonda kütləvi məhsul yığımına başlanılıb. Pambıq əkinləri rayonda fəaliyyət göstərən üç tədarükçü şirkətlə 1112 mülkiyyətçi arasında bağlanmış müqavilə əsasında becərilib.