Könüllülərin iştirakı ilə “Vətən var olsun!” adlı fləşmob keçirilib
28.09.2021 [14:59]
Xəbərin mətni
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə İkinci Qarabağ müharibəsinin başlamasının birinci ildönümünə həsr olunan “Vətən var olsun!” şüarı altında fləşmob keçirilib.AZƏRTAC xəbər verir ki, fləşmoba qatılan aparıcı könüllü təşkilatlarını təmsil edən 1300-dən çox gənc əvvəlcə 27 sentyabr - Anım Günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.