CƏMİYYƏT


Şəhid və qazilərimiz Azərbaycan xalqının əzmkarlığını bütün dünyaya nümayiş etdirdilər

Sentyabrın 28-də İkinci Fəxri xiyabanda Vətən müharibəsinin 9 şəhidinin – polkovnik-leytenant Sədi Musayev, Vətən Müharibəsi Qəhrəmanı, kapitan Ceyhun Həsənov, kapitanlar Şahmar Quliyev, Həmidağa Hüseynzadə, baş leytenant Kamil Rəhimli, leytenantlar İmran Əliyev, Elvin Şükürlü, əsgərlər Cəbrayıl Dövlətzadə və Nurlan Ağakişiyevin anım mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.