Qəhrəman kəşfiyyatçı: Ən uğurlu əməliyyatımız Daşaltıdan Şuşaya girəndə oldu
29.09.2021 [12:05]
Xəbərin mətni
Vətən müharibəsi başlayandan sona qədər döyüşən, düşmən arxasında fəaliyyət göstərərək onların məhv edilməsində böyük rolu olan kəşfiyyatçılarımızdan biri Rafiq Məmmədovdur. 44 günlük haqq savaşında əldə etdiyimiz Zəfərdə onun da payı var.AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunda yaşayan qəhrəmanımız həqiqi hərbi xidmətə 2006-cı ildə çağırılıb və xidmətini davam etdirərək gizir rütbəsi alıb. Erməni dilində kurs keçərək bu dildə danışmağı, yazmağı öyrənib. 2014-cü ildə ehtiyata buraxılsa da, Tovuz döyüşlərindən sonra yenidən hərbi xidmətə qayıdıb.