Azərbaycan Dövlət İnformasiya Agentliyi

Su polisləri Xəzər dənizinin sahilində qaz kəmərlərini kəsmək istəyən şəxsləri saxlayıblar

29.09.2021 [17:10]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd əməlin qarşısı alınıb.

Belə ki, müvafiq dövlət orqanlarından idarəyə daxil olan müraciətdə Xəzər rayonu Zirə qəsəbəsində dənizin sahilində istismarı dayandırılmış qaz kəmərlərinin naməlum şəxslər tərəfindən kəsilməyə cəhd edildiyi bildirilmişdir. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya verərək dəmir boruları ələ keçirmək istəyən paytaxt sakinləri Zahid Zeynalov və Mahmudalı Bayramovu saxlayıblar. Araşdırma zamanı müəyyən edilib ki, onlar boruları satmaq məqsədi ilə kəsmək istəyiblər. Müvafiq mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən məlum olub ki, həmin kəmərlərin istismarı dayandırılsa da borularda müəyyən miqdarda qaz olub. Əgər polislər tərəfindən hadisənin qarşısı vaxtında alınmasaydı orada insan təlafatı ilə nəticələnən güclü partlayış ola bilərdi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI