MƏDƏNİYYƏT


Vyanada Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil edilib

Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan ildönümü və Milli Musiqi Günü münasibətilə Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəyli barəsində məlumat verib.