Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib
30.09.2021 [12:51]
Xəbərin mətni
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.AZƏRTAC xəbər verir ki, görüş zamanı 2015-ci ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulandı.