CƏMİYYƏT


İmişlidə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı şəhidlər bulağı istifadəyə verilib

İmişlidə Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizdən birinin - Nuriyev Vüqar Hafiz oğlunun doğum günündə “Şəhidlər ölməz, Vətən bölünməz" adlı bulaq kompleksi istifadəyə verilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin xatirəsinə inşa olunan bulağın açılışında rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə Vüqar Nuriyevin məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.