CƏMİYYƏT


Narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobu qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Qadir Muradov tutularaq istintaqa təqdim edilib. Qadir Muradovun üzərində şəxsi axtarış aparılan zaman ondan 110 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.