Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələ meşələrində ağacları kütləvi şəkildə kəsən ​dəstə üzvlərinə qarşı əməliyyatlar keçirilib

07.10.2021 [13:58]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı daha bir əməliyyat həyata keçirib.
Belə ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qəbələ rayonu ərazisində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin qanunsuz olaraq kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə hərtərəfli araşdırılıb və nəzarətə götürülüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI