CƏMİYYƏT


Şəhid övladları üçün nəzərdə tutulmuş "Hərə bir qəhrəman oldu" layihəsinin təqdimatı olub

Oktyabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi, "YAŞAT" Fondunun təşkilatçılığı və Bakı Konqres Mərkəzinin dəstəyi ilə “Hərə bir qəhrəman oldu” adlı layihənin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirov, DOST Agentliyinin sədri Fərid Məmmədov, "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov, digər rəsmilər və Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş ailələrin üzvləri iştirak ediblər.