CƏMİYYƏT


Keçmiş döyüşçü, şəhid atası doğma yurduna qalib xalqın nümayəndəsi kimi qayıdıb - Hadrutdan reportaj

Yüz minlərlə məcburi köçkün kimi Eyvaz Tağıyevin də 30 illik Vətən həsrətinə bir il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, dəmir yumruğu nəticəsində son qoyuldu. O, indi səfalı havası, təmiz suyu, mənzərəli dağları olan yurd yerində rahatlıqla gəzir.Xocavənd rayon sakini, şəhid atası Eyvaz Tağıyev Hadrutda AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, illər sonra doğma torpağına qalib xalqın nümayəndəsi kimi ayaq basıb.